Dövlət büdcəsi 25 milyard 190 milyon manat oldu

Dövlət büdcəsi 25 milyard 190 milyon manat oldu
28 Noyabr 2018
Mətni dəyiş

Dövlət büdcəsinin gəlirləri 22,9 milyard manat, xərcləri isə 24,7 milyard manat səviyyəsində proqnozlaşdırlırdı

“Dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 milyon manat və ya 1.1 faiz artaraq 23 milyard 168 milyon manat təşkil edəcək. Müvafiq olaraq dövlət büdcəsinin xərcləri ilkin proqnoza nisbətən 410 milyon manat və ya 1.7 faiz artaraq 25 milyard 190 milyon manat təşkil edəcək”. Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında 2019-cu ilin büdcə zərfinin II oxunuşda müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, deputatların təklifləri əsasında büdcəyə edilən dəyişikliyin tutumu 610 milyon manat təşkil edir:

“Strukturuna görə dövlət büdcəsinin əsas xərcləri ilkin proqnozlara nisbətən 291 milyon manat və ya 2.9 faiz artaraq 10 milyard 182 milyon manat cari xərclərin isə ilkin proqnozlara nisbətən 119 milyon manat və ya 0.9 faiz artaraq 12 milyard 673 milyon manat təşkil edəcək”.

“Bu məbləğin 200 milyon manatı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, 80 milyon manatı regionlarda məşğulluq səviyyəsinin artırılmasına, 2, 7 milyon manatı isə Gənclər Fonduna ayrılır.

Həmçinin 2019-2020-ci illərdə dövlət sifarişi əsasında (ödənişsiz təhsil) təhsil alan ali məktəb tələbələrinin sayının artırılması və digər təhsil xərclərinə 11 milyon manat nəzərdə tutulur.

Eyni zamanda AMEA-ya əlavə 800 min manat, yeni doğulmuş eşitmə və ürək qüsurlu uşaqların müalicəsinə əlavə 4 milyon manat, yeni yaradılmış təşkilatlara 5,5 milyon manat, Milli Məclisin saxlanma xərclərinə əlavə 10,1 milyon manat, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və kənd təsərrüfatı xərcləri üçün əlavə 40 milyon manat ayrılacaq.

Bununla yanaşı, bələdiyyələrə subvensiyalar üçün ayrılmış dotasiyaların həcmi 500 min manat azaldılacaq. Onu da qeyd edim ki, təkliflərin ümumilikdə maliyyə tutumu 7 milyard manatdır . Ancaq indiki dövrdə bunun dövlət büdcəsinin xərclərinə aid edilməsi qeyri-realdır. Bunlar mərhələli şəkildə həll olunacaq”.

Beləliklə, 2019-cu il dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 mln. manat artaraq 23 168 mln. manat, xərcləri ilkin proqnoza nisbətən 410 milyon manat artaraq 25 mlrd. 190 mln. manat nəzərdə tutulub.

2019-cu ilin büdcə zərfi ilə bağlı layihənin birnci oxunuşunda dövlət büdcəsinin gəlirləri 22,9 milyard manat, xərcləri isə 24,7 milyard manat səviyyəsində proqnozlaşdırlırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun