"Barselona" onu satsa, 40 milyon ödəyəcək

"Barselona" onu satsa, 40 milyon ödəyəcək
22 Noyabr 2018
Mətni dəyiş
"Barselona" qışda Usman Dembeleni satsa, Dortmund "Borussiya"sına əlavə pul ödəyəcək. Bu barədə fransalı futbolçunun transferi zamanı iki klub arasında imzalanmış müqavilədə belə bir bənd yer alıb. Anlaşmaya görə, kataloniyalılar oyunçunu müqavilədə göstərilən tarixdən tez satsa, sabiq komandasına 40 milyon avro bonus ödəməlidir. Qeyd edək ki, ötən mövsümün əvvəlində 105 milyon avro qarşılığında "Barselona"ya transfer olunan Dembelenin klubu ilə müqaviləsi 2022-ci ilə qədərdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun