Azad Həsənovdan xəbər var

Azad Həsənovdan xəbər var
25 Noyabr 2018
Mətni dəyiş

Osman Kazımov 1 saylı Bakı İstintaq Təcridxanasında Müsavat Partiyasının fəalıAzad Həsənovla görüşüb.

Vəkil bildirib ki, Azad Həsənovun həbsindən ayyarım vaxt keçsə də, cinayət işi ilə əlaqədar hər hansı istintaq hərəkəti aparılımır.

“Azad Həsənovun telefonla danışmasına qadağa qoyulub. Bununla bağlı müvafiq qurumlara müraciət etsəm də, bu qadağalar aradan qaldırılmayıb”, – deyə, osman Kazımov bildirib.

Vəkil Azad Həsənovun sağlıq durumunun normal olduğunu da bildirib.

Azad Həsənov oktyabrın 11-də mühacirətdə olduğu Litvadan ağır vəziyyətdə olan atasını görmək üçün Bakıya qayıdıb və bundan bir neçə saat sonra yaşadığı Hövsan qəsəbəsində həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.

Oktyabrın 12-də Xətai rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Müsavat Partiyası Azad Həsənova qarşı ittihamın uydurma olduğunu bəyan edib.

Qeyd edək ki, Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevralından ailəsi ilə birgə mühacirətdədir,  2016-cı ilin yanvar ayından Litvada siyasi sığınacaq alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun