“Azərkosmos” ötən ili 16 milyon 98 min manat zərərlə başa vurub

“Azərkosmos” ötən ili 16 milyon 98 min manat zərərlə başa vurub
12 Noyabr 2018
Mətni dəyiş

“Azərkosmos” ASC böyük zərərlə işləyir. Şirkətin maliyyə hesabatında bilirilir ki, onun zərəri artaraq 308.1 milyon manat olub.

Hesabata görə, “Azərkosmos”un cəmi aktivləri bu il yanvarın 1-nə 676 milyon 223 min manat təşkil edib. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 15% çoxdur.

2017-ci ildə “Azərkosmos”un cəmi öhdəlikləri 8,7% artaraq 811 milyon 772 min manata çatıb, cəmi kapitalındakı çatışmazlıq isə 14,6% azalaraq 135 milyon 549 min manata düşüb. Əvvəlki il olduğu kimi, ötən il də şirkətin öhdəlikləri aktivlərini üstələyib.

2017-ci ildə “Azərkosmos”un satışdan gəlirləri 37 milyon 87 min manat (32,4% çox), xidmətlərinin maya dəyəri 33 milyon 727 min manat (10,5% çox), ümumi və inzibati xərcləri 8 milyon 248 min manat (27,2% çox), maliyyə xərcləri 13 milyon 808 min manat (83,8% az), maliyyə gəlirləri 5 milyon 205 min manat (0,2% az), digər xərcləri 2 milyon 608 min manat (bundan əvvəl gəlir olub) təşkil edib.

Son nəticədə “Azərkosmos” ötən ili 16 milyon 98 min manat zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 5 dəfə azdır. Bununla belə, şirkətin yığılmış zərəri 5,5% artaraq 308 milyon 154 min manat olub.

“Azərkosmos” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 63 milyon 610,6 min manatdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun