“Azəriqaz” sayğaclardakı yararsız batareyaları dəyişdirə bilmir

“Azəriqaz” sayğaclardakı yararsız batareyaları dəyişdirə bilmir
16 Noyabr 2018
Mətni dəyiş

Soyuq havaların gəlməsiylə əhali "Azəriqaz" İB-nin qurasdırdığı qaz smart sayğaclarında yararsız batareyalar problemi ilə üzləsib.

Turan-a muraciət eden Fəridə Əliyevanın ailəsi (Bakı, Zərdabi prospekti 89A, mənzil 82) dördüncü gündür ki, qazsız qalıb və buna görə də mənzili isidə, yemək hazırlaya, yuyuna bilmir.

"Azəriqaz" İB-dən bildiribər ki, qaz sayğacının sönmüş ekranı onu göstərir ki, batareya "bitib". Onu dəyişməyə ancaq "Azəriqaz"ın təmir briqadasının hüququ var. Bundan ötrü usta mənzilə gəlməli, sayğaçı çıxarmalı və onun yerinə başqa, yeni batareya qoymalıdır.

Mənzil sakinləri dəfələrlə "Azəriqaz"a telefon etsələr də, təmirçilər gəlmir. Mənzildə iki kiçik uşaq var.

Turan-ın "Azəriqaz"ın müştəri xidmətinə (tel. 104/184) telefon zənginə cavab olaraq deyiblər ki, Bakıda sayğacın batareyasının dəyişdirilməsi tələb olunan mənzil çoxdur və təmirçilər mənzilləri yeni cihazlarla təmin etmək gücündə deyil. Sayğaclar özəl şirkətin anbarında toplanır.

Şirkət "Azəriqaz" ilə müqaviləyə əsasən sayğacların təmiri və yoxlanması ilə məşğuldur. Şirkət yeni batareyaların nə zaman gətiriləcəyini gözləyir. Bakıda nə qədər ailə bu problemlə üzləşib, yeni batareyalar nə zaman gələcək və ehtiyacı olan mənzillərin hanısı nə zaman məişət qazı ilə təmin olunacaq? Müştəri xidməti bu suallara cavab vermir. Deyirlər ki, məlumat yoxdur.

Qaz sayğaclarında 3,6 V gücündə qida elementi quraşdırılıb ki, vətəndaşlar özləri onları asanlıqla dəyişdirə bilər, necə ki bunu televizorların pultu ilə edirlər. Lakin "Azəriqaz"ın qaydalarına görə, abonentlərin sayğacların işinə müdaxiləsi pul cəriməsi ilə cəzalandırılır. Batareyaları vaxtında və yerindəcə dəyişməyi isə "Azəriqaz"da göründüyü kimi, edə bilmirlər.

"Azəriqaz"ın saytında göstərilən telefon nömrələri işləmir.

Daxili qaydalara görə, sayğaclardakı batareyalar "Azəriqaz" İB ilə əməkdaşlıq edən ixtisaslaşdırılmış şirkət tərəfindən həmin cihazların planlı yoxlanması zamanı dəyişdirilir.

Bakıda qaz smart sayğaclarının qurulmasına 2013-ci ildən başlanılıb. Ardıcıl olaraq, hər il planlı yoxlamaya əsasən batareyası dəyişdirilməli olan sayğacların sayı artır.

2017-ci ilin məlumatına görə, Bakıda əhali arasında 539 min abonent var. Baş verənlər göstərir ki, "Azəriqaz" İB yararsız batareyaların dəyişdirilməsi problemini həll edə bilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun