Azərbaycan niyə “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumuna dəvət olunmayıb?

Azərbaycan niyə “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumuna dəvət olunmayıb?
23 Noyabr 2018
Mətni dəyiş

Dekabrın 10-12-də Tbilisidə Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" Proqramı Vətəndaş Cəmiyyəti Forumunun X illik toplantısı keçiriləcək.

KİV-in məlumatına görə, Azərbaycan hökumət nümayəndələri Foruma dəvət olunmayıblar. Halbuki, tədbirdə digər "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət nümayəndə heyətlərinin iştirakı planlaşdırılıb.

"Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycandan olan üzvlərindən biri, Humanitar Araşdırmalar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov Turan-ın xahişilə vəziyyəti şərh edib: "Şərq Tərəfdaşlığı" Proqramına üzv olan Gürcüstan, Ukrayna, Moldova bu tədbirlərə daim qatılıblar. Proqrama üzv olan digər üç dövlət -Azərbaycan, Belarus, Ermənistan isə ancaq onları maraqlandıran məsələlər olanda iclaslarda iştirak ediblər, bir çox iclaslara qatılmayıblar".

Onun sözlərinə görə, dekabrın 10-12-nə nəzərdə tutulan iclasa Azərbaycan və Belarus dəvətli deyil, qalan 4 ölkə dəvətlidir. Ermənistan tədbirə ilk dəfədir ki, xarici işlər naziri səviyyəsində qatılır: "Görünür, bir neçə dəfə Azərbaycanın tədbirə qatılmamasını nəzərə alan təşkilatçılar bu dəfə də belə olacağını düşünüb dəvət etməyiblər", -Ə.Həsənov bildirib.

O qeyd edib ki, qarşıdakı iclas strateji əhəmiyyətlidir, belə ki, tədbirdə iştirakçı ölkələr tərəfindən "Şərq Tərəfdaşlığı" Proqramının yerinə yetirilməsi məsələləri müzakirə olunacaq.

"Ermənistan xarici işlər naziri səviyyəsində iştirak edirsə, Azərbayvan da həmin səviyyədə və ya Prezident Administrasiyasının şöbə müdiri səviyysində dəvət olunmalı idi", - Ə.Həsənov qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun