Azərbaycanlı hakim ilk dəfə UEFA Millətlər Liqası oyununa təyinat alıb

Əliyar Ağayev

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Millətlər Liqasının oyununa təyinat alıb.

Bu barədə AFFA-nın saytı xəbər yayıb. 31 yaşlı baş hakim B Liqasının IV qrupunda keçiriləcək Danimarka – İrlandiya qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Rza Məmmədov yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımovyerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Noyabrın 19-da Orxus şəhərindəki “Ceres Park” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.