Avropa İttifaqının gələn il büdcəsi ilə bağlı razılıq əldə olunmayıb

Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti danışıqlar zamanı Aİ-nin 2019-cu il üçün büdcəsi ilə bağlı razılığa gələ bilməyib.

Bu barədə Report xarici mətbuata istinadən xəbər verib.

“Şura bu gün Aİ-nin 2019-cu il üçün büdcəsi ilə bağlı razılığa gəlinmədiyinə görə təəssüf edir”, – Aİ-yə sədrlik edən Avstriyanın maliyyə naziri və şuranın müzakirələrdəki rəhbəri Hartviq Leger deyib.

O, bu ilin sonuna qədər gələn ilin büdcəsi ilə bağlı razılıq əldə edəcəklərinə hələ də inandığını söyləyib.