Avropa İttifaqı: ‘Özbəkistan düzgün yoldadır’

Avropa İttifaqı: ‘Özbəkistan düzgün yoldadır’
23 Noyabr 2018
Mətni dəyiş

Avropa İttifaqının rotasiyalı rəhbəri olan Avstriya bildirir ki, Özbəkistanda “insan haqlarının ümumi vəziyyəti” son iki ildə yaxşılaşmadan xəbər verir.

Avstriyanın xarici işlər naziri Karin Kneissl noyabrın 22-də deyib: "Biz Avropa İttifaqının taleyindən narahat olduğu məhbusların əksəriyyətinin buraxıldığını görürük. Mən həmin siyahıdan bir nəfər haqqında məlumatlıyam və çox yaxşı olardı ki, bu siyahılara artıq ehtiyac qalmasın və azad edilənlərin hamısına bəraət verilsin”.

Xanım Kneissl bu bəyanatı Brüsseldə keçirilən Avropa İttifaqı - Özbəkistan Əməkdaşlıq Şurasının iclasından sonra Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilovla birgə verdiyi mətbuat konfransında səsləndirib.

Kneissl bunu da deyib ki, Avropa İttifaqı Özbəkistan hökumətinin başladığı “çox cəsarətli islahat proqramına mümkün olan bütün dəstəyini verəcək”.

[caption id="attachment_70934" align="aligncenter" width="1597"] Özbəkistan prezidenti[/caption]

Avstriyanın xarici işlər naziri bəyan edib ki, “müşahidə etdiklərimiz Özbəkistanın düzgün yolda olduğunu göstərir”.

Kamilov deyib ki, Özbəkistan hazırda “çox məsuliyyətli, keçid və böhranlı nöqtədən keçir”.

O əlavə edib ki, ölkəsi bu yolda hələ çox işlər görməlidir, amma bunun üçün “aydın strategiya” vardır:

“Özbəkistan prezidentinin dediyi kimi biz seçimimizi etmişik və geriyə dönüş olmayacaq”.

Özbəksitan prezidenti Shavkat Mirziyoev hakimiyyətə 2016-cı ildə gəlib və bundan sonra Mərkəzi Asiyanın ən çox əhalisi olan ölkəsi böyük açılım edib, habelə keçmiş prezident İslam Karimovun repressiv siyasətinə son qoyulub.

Avstriya xarici işlər nazirinin tərifinə baxmayaraq insan haqları qrupları ölkədə ifadə azadlığı, senzura və jurnalistlərin cinayət təqibi kimi problemlərin hələ də qalmasından narahatdırlar.

Noyabrın 22-də Kneissl məlumat verib ki, Brüsseldə Avropa İttifaqı - Tacikistan Əməkdaşlıq Şurasının da iclası keçirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun