Zaur Qurbanlı barədə müsbət xasiyyətnamə verən şəxs işdən çıxarılıb

Zaur Qurbanlı barədə müsbət xasiyyətnamə verən şəxs işdən çıxarılıb
14 Oktyabr 2018
Mətni dəyiş

Keçmiş siyasi məhbus N!DA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı barədə müsbət xasiyyətnamə verən Şəki rayon Qayabaşı kənd icra nümayəndəsinin müavini işindən azad olunub. Bu barədə hüquqşünas öz facebook hesabında yazıb.

O, məhkumluğunun vaxtından əvvəl götürülməsi ilə bağlı Şəki rayon Məhkəməsinə müraciət edən zaman sənədlərin arasında yaşayış yerindən verilən xasiyyətnamə də olub. Xasiyyətnaməni isə qeydiyyatda olduğu kəndin icra nümayəndəsinin müavini imzalayıb.

Zaur Qurbanlı deyir ki, xasiyyətnamədə o, müsbət xarakterizə olunub və siyasiləşmiş heç bir ifadə, fikir olmayıb.

“Qərarın hansı səviyyədə verildiyini bilmirəm, amma 4 il əvvəl siyasi məhbus olmuş biri üçün müsbət xasiyyətnamə verilməyin qadağan edilməsi, buna görə adamın vəzifəsindən kənarlaşdırılması hüquqazidd, biabırçı davranışdır. Hər halda belə qoymayacağam, qalsın”.

Qeyd edək ki, Zaur Qurbanlı 2013-cü ilin 1 aprelində saxlanılıb. O, digər 7 NİDA-çı ilə birgə mühakimə edilib. O, Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə (Mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ittiham edilib. 2014-cü ilin mayın 6-da barəsində 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Z. Qurbanlı 2014-cü ildə imzaladığı sərəncamla 30 dekabr tarixində azadlığa buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun