Türkiyə İraqın şimalına zərbələr endirdi

Türkiyə İraqın şimalına zərbələr endirdi
31 Oktyabr 2018
Mətni dəyiş

Türkiyə Hərbi-Hava Qüvvələri İraqın şimalında hərbi əməliyyat keçirib. 

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının 7 döyüşçüsü, habelə silah-sursat anbarları məhv edilib.

Qeyd olunur ki, zərərsizləşdirilən terrorçular Türkiyə bazalarına hücum planlaşdırırmış.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun