Serj Sarqsyan məhkəməyə verilib

Serj Sarqsyan məhkəməyə verilib
18 Oktyabr 2018
Mətni dəyiş

 Ermənistan baş prokurorunun keçmiş müavini Armen Danielyan ölkənin sabiq prezidenti və baş naziri Serj Sarqsyanı məhkəməyə verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, sabiq müavin işdən azad edilməsi barədə o vaxtkı Prezident Serj Sarqsyanın sərəncamını qanunsuz sayır.

O iddia edib ki, 2008-ci il martın 1-də prezident seçkilərinin nəticələrinə qarşı keçirilən etiraz aksiyası ilə bağlı qəbul olunan qərarlara, habelə parlamentdə bu siyasi kampaniyanın nəticələrinin təsdiqlənməsinə müxalif olub.

Baş prokurorun keçmiş müavini ölkədəki korrupsiyaya qarşı olduğunu da müraciətində vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun