Sentsov Sakharov mükafatının qısa siyahısındadır

Sentsov Sakharov mükafatının qısa siyahısındadır
10 Oktyabr 2018
Mətni dəyiş

Rusiyada həbsdə olan ukraynalı kinorejissor Oleh Sentsov 2018-ci ilin Sakharov Mükafatına namizədlərin qısa siyahısına salınıb.

Sentsov Rusiyanın Krımı ilhaq etməsin qarşı çıxırdı, sonradan terrorçuluq ittihamıyla saxlandı, hazırda Rusiyanın şimalında həbs cəzası çəkir. O, ötən həftə 145 günlük aclıq aksiyasını dayandırmağa məcbur olunduğunu bildirib.

Oktyabrın 9-da Avropa parlamentinin xarici işlər və inkişaf komitələri onu üç finalçıdan biri seçib.

Adı qısa siyahıda olan digər namizədlər mərakeşli fəal Nasser Zefzafi və Aralıq Dənizindən keçərək Avropaya gedən miqrantların həyatını xilas etməyə çalışan 11 QHT-dir.

Qalib oktyabrın 25-də Strasburqda seçiləcək, mükafat qalibə dekabrın 12-də təqdim olunacaq.

Sovet fiziki və dissidenti Andrei Sakharov-un adını daşıyan bu mükafatı Avropa Parlamenti 1988-ci ildə təsis edib. Məqsəd insan haqları və fundamental azadlıqları müdafiə edən fərdləri və təşkilatları mükafatlandırmaqdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun