Müəllimi ruhi dispanserə saldırıb işdən çıxardılar

Müəllimi ruhi dispanserə saldırıb işdən çıxardılar
21 Oktyabr 2018
Mətni dəyiş
Azərbaycanda müəllimi işdən qovmaq üçün ruhi xəstəxanaya salıblar Astara rayon 2 nömrəli orta məktəbin müəllimi Fuad Mehralıyevi məktəbdə pul yığılmasına etiraz etdiyi üçün ruhi xəstəxanaya salaraq işlədiyi məktəbdən çıxarıblar. Fuad Mehralıyevin Sozcu.az-a verdiyi məlumata görə, Astara rayonunda yerləşən 2 nömrəli məktəbdə ingilis dili fəndindən dərs deyib. Məktəbdə yığılan qanunsuz pul yığımına etiraz etdiyi üçün rayon təhsil şöbəsinin müdirinin və məktəbin direktorunun qəzəbinə keçib. Bundan sonra onu Astara rayon polis şöbəsinə çağırıblar. Rəsmi çağrış vərəqəsi olmadığı üçün polisə getməkdən imtina edən Fuad Mehralıyev zor tətbiq etməklə polis şöbəsinə aparmaq istəyən polis əməkdaşları onun yaşadığı evə gələrək, evin qapısını sındırıblar. Fuad Mehralıyevin məlumatına görə, rəsmi çağrış sənədi olmasa da ailəsinin həyatından narahat olduğu üçün özü polis şöbəsinə gedib. Polis idarəsində onu zorla Əsəb Xəstəlikləri Dispanserinə aparıblar. Anası da məcbur qalıb onun xəstəxanaya aparılmasına qol çəkib. Xəstəxanada ona "şəxsiyyətin paranoid pozuntusu" diaqnozu verilib. 27 gün ruhi xəstəxanada yatdıqdan sonra, həmin xəstəxanadan arayış alaraq ingilis dili müəllimini dərs dediyi məktəbdən çıxarıblar. Hətta bu xəstəliklə də işləməyin mümkün olduğunu bildirən Fuad Mehraliyev bildirib ki, onun işdən çıxarılması üçün qanunsuz protokol tərtib ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun