Məhkəmə-Hüquq Şurası korrupsiya faktlarına görə bir neçə hakimi cəzalandırıb

Məhkəmə-Hüquq Şurası korrupsiya faktlarına görə bir neçə hakimi cəzalandırıb
10 Oktyabr 2018
Mətni dəyiş

 Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icraatının başlanılıb, qanun pozuntusu və digər neqativ hallara görə 100-dən çox hakim məhkəmə sistemindən xaric olunub. Bu barədə ədliyyə naziri oktyabrın 9-da Məhkəmə-Hüquq Şurasının iclasında bildirib. İclasda hakimlər barədə intizam icraatlarına da baxılıb. Qanunvericiliyin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Bakı şəhərinin Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib.

Səbail rayon məhkəməsinin hakimi Nurəddin Bağırov tutduğu vəzifədən azad olunub.

Zaqatala rayon məhkəməsinin hakimi Arif İsmayılovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, bununla yanaşı, 4 hakimin də səlahiyyətlərinə digər qanuni əsaslarla xitam verilib.

Bununla yanaşı, konkret korrupsiya faktı üzrə araşdırma materialları hüquqi qiymət verilməsi məqsədilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun