Korrupsiya ilə mübarizədə Azərbaycan yenə son sıralardadır

Korrupsiya ilə mübarizədə Azərbaycan yenə son sıralardadır
10 Oktyabr 2018
Mətni dəyiş

Azərbaycan 100 mümkün baldan 17,7 bal yığıb

Dünya Bankı qlobal idarəçilik indikatoru barədə hesabat açıqlayıb. 2017-ci ili əhatə edən hesabatda ölkələrdə korrupsiya ilə necə mübarizə aparılmasına da qiymət verilir.

Yeni Zelandiya korrupsiya ilə mübarizənin effektivliyinə görə 100 mümkün balın hamısını toplayaraq reytinqə başçılıq edir.

Finlandiya 99,04 balla ikinci, Sinqapur 97,6 balla üçüncüdür.

Reytinqin son pillələrində dayanan Sudan korrupsiya ilə mübarizəyə görə 0,96 bal, Somali 0,48 bal alıb. Ekvatorial Qvineyanın isə balı 0-dır.

Gürcüstan 77,4 balla korrupsiya ilə ən effektiv mübarizənin aparıldığı ölkələr siyahısındadır.

Dünya Bankı Türkiyəni 49,5 balla, Ermənistanı 32,6 balla, Azərbaycanı 17,7 balla, Rusiyanı 17,3 balla qiymətləndirib(novator.az).

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun