Kaşıqçının nişanlısı Səudiyyədən jurnalistin cəsədinin yerini bildirmələrini tələb edir

Kaşıqçının nişanlısı Səudiyyədən jurnalistin cəsədinin yerini bildirmələrini tələb edir
30 Oktyabr 2018
Mətni dəyiş

Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Xaşuqcinin nişanlısı Səudiyyə Ərəbistanı rəsmilərindən onun cəsədinin yerini bildirmələrini tələb edir. Londonda Xaşuqci üçün təşkil olunan anım mərasimində çıxış etmədən öncə göz yaşlarını tuta bilməyən Hatice Cengiz ABŞ-ın Xaşuqcinin qətlinə reaksiyası ilə bağlı məyusluğunu dilə gətirib.

"Mən dünya boyu insanların həmrəyliyinə görə minnətdaram. Lakin mən bir çox ölkə rəhbərliyinin cavablarına görə məyusam, xüsusilə də ABŞ prezidenti Donald Tramp həqiqətin ortaya çıxarılmasına yardım etməlidir və ədalətin bərqərar olmasını təmin etməlidir. O mənim nişanlımın qətlinin ört-basdır edilməsinə icazə verməməlidir. Pulun vicdanımıza ləkə salmasına, dəyərlərimizdə güzəştə getməyimizə gətirib çıxmasına icazə verməməliyik”, o deyib.

Xaşuqci sonuncu dəfə oktyabrın 2-də Türkiyə vətəndaşı Hatice Cengizlə evlənmək üçün tələb olunan sənədləri almaq məqsədilə Səudiyyənin İstanbuldakı konsulluğa daxil olarkən görülüb. O, konsulluqdan çıxmadığı üçün, Cengiz hüquq-mühafizə orqanlarına müraciət edib.

Ağ Evin sözcüsü Sara Sanders bazar ertəsi bildirib ki, Tramp administrasiyası Xaşuqcinin qətlinə cavab olaraq mümkün tədbirləri nəzərdən keçirir.

Türkiyə Səudiyyə Ərəbistanına Xaşuqcinin cəsədinin yerini bildirməsi üçün təzyiq göstərir və qətllə əlaqəli olaraq Səudiyə Ərəbistanında həbs olunan 18 nəfərin Türkiyəyə ekstradisiyasına çağırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun