Güney Azərbaycanlı fəal Əbülfəz Fəkuri saxlanılıb

Güney Azərbaycanlı fəal Əbülfəz Fəkuri saxlanılıb
30 Oktyabr 2018
Mətni dəyiş

Güney Azərbaycanlı milli-mədəni fəal Əbülfəz Fəkuri Təbriz şəhərində saxlanılıb.

Oktyabrın 30-da gecə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəal naməlum istiqamətə aparılıb, hazırda onun harada saxlandığı və hansı səbəbdən həbs edildiyi barədə heç bir məlumat yoxdur.

Xəbər verdiyimiz kimi, bundan əlavə urmiyəli fəal Rəhman Qasiminin də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

İran siyasi hakimiyyəti son günlərdə azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiq və təqiblər artırıb.

Bundan öncə "Sepah" tərəfindən həbslər dalğası başladılıb və bir neçə güneyli fəal həmin qurumun  təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun