Gənc fəal yazdıqlarına görə 2 aylıq həbs edilib

Gənc fəal yazdıqlarına görə 2 aylıq həbs edilib
23 Oktyabr 2018
Mətni dəyiş
İlqar Aydın barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib Gənc fəal İlqar Məmmədov Aydın oğlu (İlqar Aydın) Abşeron Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub. Abşeron Polisindən Meydan TV-ə bildiriblər ki, İlqar Məmmədov İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama) maddəsi ilə təqsirli bilinib. Bununla belə İlqar Məmmədovun hansı şəraitdə xırda talama, mənimsəmə etdiyi barədə məlumat verilməyib. Yaxınlarının bildirdiyinə görə İlqar Aydın “Facebook” sosial şəbəkəsində fəal idi və hakimiyyəti kəskin tənqid edən yazılar yazırdı. Gənc fəal hələlik vəkillə təmin olunmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun