Fatih Terim "Qalatasaray"la müqaviləsini uzatdı

Fatih Terim "Qalatasaray"la müqaviləsini uzatdı
17 Oktyabr 2018
Mətni dəyiş
Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Fatih Terimlə müqavilənin müddətini uzadıb. Xəbərə görə, 65 yaşlı mütəxəssis 2021-2022-ci il mövsümünün sonuna kimi İstanbul təmsilçisinə rəhbərlik edəcək. Onun klubla əvvəlki sözləşməsi 2019-cu ilin mayında başa çatır. Qeyd edək ki, ötən ilin dekabrında 4-cü dəfə “Qalatasaray”ın baş məşqçisi təyin olunan Fatih Terim son mövsümdə Türkiyə Super Liqasının qalibi olub. “Cim-Bom” cari çempionatda da 18 xalla liderdir. İstanbul təmsilçisi Çempionlar Liqasında D qrupunda yer alıb və 2 turdan sonra 3 xalla 3-cü yerdədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun