Etimad Əsədov vəfat etdi

Etimad Əsədov vəfat etdi
16 Oktyabr 2018
Mətni dəyiş
Bu gün səhər saatlarında Qarabağ qazilər birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi, keçmiş seçki məhbusuEtimad Əsədov vəfat edib. Etimad Əsədov bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi. 1963 - cü il təvəllüdlü E. Əsədov Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib. 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədri idi. 2003-cü ilin 16 oktyabr tarixində saxta seçkilərə etiraz etdiyi üçün həbs edilmişdi. Allah rəhmət eləsin!

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun