Elgiz Qəhrəman 3 gün “kars”da saxlanıb, səhhətində ciddi problemlər yaranıb

Elgiz Qəhrəman 3 gün “kars”da saxlanıb, səhhətində ciddi problemlər yaranıb
19 Oktyabr 2018
Mətni dəyiş

“Siyasi məhbus, N!DA-çı Elgiz Gahraman 14 saylı CÇM-də “kars”a salınmışdı və həmin zaman döyülmüşdü. Elgiz 3 gün “kars”da soyuq otaqda taxtanın üstündə yatıb və səhhətində ciddi problemlər yaranıb”.

Bunu Nida Vətəndaş Hərəkatının koordinatoru Samir Əsədli özünün feysbuk səhifəsində yazıb.

O, qeyd edib ki, Elgiz Qəhrəmanın böyrəkləri ağrıyır və dünəndən ürəyində ciddi ağrılar başlayıb.

“Son günlər CÇM-də siyasi məhbuslara təzyiqlər artıb, ötən həftə Əfqan Muxtarlı “kars”a salınmışdı”, – deyə, Samir Əsədli əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun