Bakıda avtobus qatarla toqquşdu-VİDEO

Bakıda avtobus qatarla toqquşdu-VİDEO
2 Oktyabr 2018
Mətni dəyiş
[embed]https://www.youtube.com/watch?v=GsHK4zpLE4s[/embed]

Bazar ertəsi saat 15:00-a yaxın Binəqədi rayonunda sərnişin avtobusu qatar ilə toqquşub. Səhiyyə Nazirliyinin məlumatına görə, bir nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Hadisə yerində 10 təcili yardım briqadası çalışır. Yaralılar Sabunçu rayonundakı kliniki xəstəxanaya aparılıb.

Qəzanın səbəbləri məlum deyil. Hüquq-mühafizə orqanları hər hansı şərh verməyiblər.

Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması faktı üzrə DİN Nəqliyyat İdarəsində CM-in 263.2-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması insan ölümünə səbəb olduqda) ilə cinayət işi qaldırılıb. Səhiyyə Nazirliyinin saat 17:00-a olan məlumatına görə, qəza zamanı xəsarət alanların sayı 34 nəfərə çatıb. 12 nəfərin vəziyyəti ağırdır. 1 yeniyetmə həlak olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun