Bakı sakini təqaüdə çıxa bilmədiyi üçün özünü yandırıb

Bakı sakini təqaüdə çıxa bilmədiyi üçün özünü yandırıb
12 Oktyabr 2018
Mətni dəyiş
Bakı şəhər sakini təqaüdə çıxa bilmədiyi üçün bu gün özünü yandırıb

Olay paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Rayon sakini, 1961-ci il təvəllüdlü Kononov Aleksandr Sergeyeviç rayon ərazisində yerləşən parkların birində üzərinə neft tökərək özünü yandırıb. Hadisə yerində olan şəxslərin müdaxiləsi nəticəsində yanğın söndürülüb və o dərhal xəsatəxanaya aparılıb.

Open.az-ın əldə etdiyi məlumata görə, A. Kononov təqüadə çıxa bilməməsinə etiraz edərək özünü yandırıb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun