Azərbaycanın aclıq indeksi

Azərbaycanın aclıq indeksi
16 Oktyabr 2018
Mətni dəyiş

Dünyada aclığın azaldılması yönündə ardıcıl, uzunmüddətli irəliləyiş əldə olunub, amma bu proqres hamar getməyib. Sərt aclığın, pis qidalanmanın hökm sürdüyü ərazilər qalır, milyonlarla adam miskin həyat sürür.

Bütün bunları 2018-ci il Qlobal Aclıq İndeksi (QAİ) üzə çıxarıb.

Ümumilikdə, dünyada aclıq və yetərincə qidalanmama balı 20,9-dur, yəni 2000-ci ildən 28 faiz azalıb. Bu göstərici əsasən dörd kateqoriya üzrə yaxşılaşma sayəsində əldə olunub:

1) Yetərincə qidalanmamaq; 2) uşaqların boyunun inkişafdan qalması; 3) uşaqların zəifliyi; 4) uşaq ölümü.

REGİONLAR ÜZRƏ FƏRQLƏR

Aclıq səviyyəsi regionlar üzrə dəyişir. Cənubi Asiya və Afrikada Saharanın cənub hissəsində bu indeks uyğun olaraq 30,5 və 29,4-dür. Şərqi və Cənubşərqi Asiya, Yaxın Şərq, Şimali Afrika, Latın Amerikası və Karib hövzəsi, Şərqi Avropa və MDB ölkələrində isə aclıq indeksləri 7,3- 13,2 arasında dəyişir ki, bu da aşağı, yaxud orta səviyyə sayılır.

Cənubi Asiya və Afrikada Saharanın cənub hissəsində yetərincə qidalanmama, uşaqların boydan qalması, zəifliyi və uşaq ölümü göstəriciləri qəbuledilməzə dərəcədə yüksəkdir. 2000-ci ildə Cənubi Asiyada uşaqların təxminən yarısı cırtdanboylu idisə, indi bu göstərici üçdə birə düşüb. Amma yenə də dünya üzrə uşaqların boyunun inkişafdan qalması ən çox bu regionda qeydə alınıb.

Azərbaycan 119 ölkə içində 40-cı yerdədir, aclıq indeksi 9,5-dir. 2010-cu ildə bu göstərici 12,3 olub.

Qonşulardan Rusiya 21-ci (6,1), İran 24 (7,3), Gürcüstan 30 (8,1), Ermənistan 25-cidir (7,6).

111-ci yerdə qərarlaşmış Əfqanıstanın aclıq indeksi 34,3-dür.

Artıq 13-cü ildir açıqlanan Qlobal Aclıq İndeksini Concern Worldwide və Welthungerhilfe təşkilatları hazırlayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun