Zaxarçenkonun yerinə arvadını namizəd göstərdilər

Zaxarçenkonun yerinə arvadını namizəd göstərdilər
8 Sentyabr 2018
Mətni dəyiş

Natalya Zaxarçenko tanınmamış “Donetsk Xalq Respublikası”nın rəhbərliyinə namizədlərdən biri ola bilər.

“Danışır Moskva” radiosu xəbər verir ki, bunu tanınmamış respublikanın keçmiş rəhbəri Aleksandr Zaxarçenkonun müşaviri Aleksandr Kazakov deyib:

“Natalya ciddi adamdır, əri ilə birgə boş yerə döyüşməyib”.

Tanınmamış respublikada seçkilərin nə vaxt keçiriləcəyi açıqlanmır.

Qeyd edək ki, A. Zaxarçenko Donetskdə restoranların birində partlayış zamanı ölüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun