Vladimir Putin sentyabrın sonlarında Azərbaycana səfər edəcək

Vladimir Putin sentyabrın sonlarında Azərbaycana səfər edəcək
7 Sentyabr 2018
Mətni dəyiş

Rusiya prezidenti Vladimir Putin Azərbaycan, Tacikistan və Özbəkistana səfər edəcək.

Bu barədə "İzvestiya" qəzetinə dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, səfərlər sentyabr-oktyabr aylarında baş tutacaq.

"Sentyabrın sonlarında Putin Azərbaycana səfər edəcək. Sentyabrın 27-28-də o, Düşəmbədə MDB ölkələrinin liderlərinin görüşündə iştirak edəcək. Oktyabrda Vladimir Putinin Özbəkistana səfəri planlaşdırılıb", Yuri Uşakov qeyd edib.

O, Putinin səfərinin dəqiq tarixini açıqlamayıb. Amma Putinin sentyabrın 20-27-də keçiriləcək Cüdo üzrə Dünya Çempionatının keçirildiyi günlərdə Bakıya gələcəyini ehtimal etmək olar.

Bundan başqa, ilin sonuna qədər Rusiya Rusiya, İran və Azərbaycan prezidentlərinin iştirakı ilə keçiriləcək üçtərəfli sammitdə iştirak edəcək.

Xatırladaq ki, ilk dəfə Rusiya, İran və Azərbaycan dövlət başçılarının görüşü 2016-cı ildə keçirilib. Sonradan Bakı və Tehranda da sammitlər keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ildə iki dəfə Vladimir Putinlə görüşüb - sentyabrın 1-də Soçidə danışıqlar aparıb və Moskvada Futbol üzrə Dünya Çempionatının açılış mərasimində iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun