“Real”dan qələbə

“Real” İspaniya La Liqasında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, komanda 5-ci turda “Espanyol”u qəbul edib. Matç Madrid klubunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

“Real” – “Espanyol” – 1:0

Qol: Marko Asensio, 41

Bu qələbə ilə xalını 13-ə yüksəldən “Real” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Madrid klubundan 1 oyun az keçirən “Barselona” 12 xalla 2-ci, “Deportivo” 10 xalla 3-cüdür.