RATİ Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Gününü ilə bağlı müraciət yayıb

RATİ Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Gününü ilə bağlı müraciət yayıb
8 Sentyabr 2018
Mətni dəyiş

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov öz təşkilatı adından jurnalistləri sentyabrın 8-də anasının məzarı önündə Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Gününü qeyd etməyə çağırıb.

"Bu, həbsdə olan qardaşım Mehman və digər jurnalistlərlə həmrəyliyin nümayişi olacaq".- E.Hüseynov hesab edir.

O bildirib ki, indiyədək rəsmi strukturlar anasının ölümünün səbəbləri ilə bağlı rəsmi rəy verməyiblər. Belə ki, o, anasının öz əcəli ilə ölmədiyini düşünür.

Firəngiz Hüseynova uzun sürən xəstəlikdən sonra vəfat edib.

İyunun 15-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirildəkdən sonra bütün vaxtı reanimasiyada olub və süni nəfəs aparatına qoşulub.

Lakin vəfatı ərəfəsində onu reanimasiyadan intensiv kardiologiya şöbəsinə keçiriblər. Avqustun 6-na keçən gecə vəfat edib.

Anasının vəziyyətinin ağır olmasına baxmayaraq, blogerə onunla görüşməyə icazə verməyiblər.

O, avqustun 7-də dəfn edilib. Dəfn mərasimində oğlu M.Hüseynov iştirak edib. Ona dəfn mərasimində iştiraka icazə verilib.

Jurnalistlərin Həmrəyliyi Günü Beynəlxalq Jurnalistlər Təşkilatının 1958-ci ilin mayında Buxarestdə çex jurnalist Yulius Fuçikin xatirəsinə həsr olunmuş IV Konqresinin qərarı ilə qeyd edilir. Y.Fuçik 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən edam edilib. XX əsrin sonlarında BMT həmin günü Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü elan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun