Putin Köçəryanı yenidən diriltmək istəyir

Putin Köçəryanı yenidən diriltmək istəyir
9 Sentyabr 2018
Mətni dəyiş

Paşinyan Putinin yanında deyir ki, bir-birimizin daxili işlərinə qarışmamalı və suverenliyinə hörmət etməliyik.

Hamıya aydındır ki, Paşinyan "Rusiya bizim daxili işlərimizə qarışmasın və suverenliyimizə hörmət etsin" demək istəyir.

Bu cəsarət haradan qaynaqlanır? Əvvəlki yazılarımda bəzi səbəblərə toxunmuşdum.

Birinci səbəb budur ki, Paşinyanın arxasında xalq dəstəyi (xüsusən passionar gənc nəsil) var və Rusiya hazırda Ermənistanda "stavka" edə biləcəyi nüfuzlu sima tapa bilmir. Moskva Robert Koçaryan kimi xalq arasında nüfuz sahibi olmayan siyasi cəsədi diriltmək məcburiyyətində qalıb. Guya Koçaryan da Berluskoni, Şröder kimi Putinin şəxsi dostu imiş və bu səbəblə 64 yaşı tamam olanda Putin ona telefon açıb.

İkinci səbəb regional geosiyasətlə əlaqəlidir. Paşinyan Putini zəif yerindən yaxalayıb. O bilir ki, Rusiya özünün Qafqaz siyasətində Ermənistana məhkum durumdadır. Moskva burada Gürcüstanı həmişəlik itirib. (Vəziyyət o həddə çatıb ki, Tiflis kiberhücum mövzusunun ən aktual vaxtında rusiyalı hakeri tutub ABŞ-a təhvil verir.) Gürcüstanın ardınca Ermənistanı da itirmək Rusiyanın bölgədəki dayaqlarına sonradan bərpası mümkün olmayacaq sarsıdıcı zərbə vurardı. Azərbaycanla münasibətləri inkişaf etdirmək və ən yüksək səviyyəyə qaldırmaq bu itkiləri kompensasiya edə bilməz, üstəlik nəzərə alınmalıdır ki, Rusiya üçün Ermənistanı əvəzləmək, rus ordusunu buraya gətirmək, sərhədləri ona tapşırmaq-filan Bakının da marağında deyil.

Paşinyan bütün bunları yaxşı anlayır.

Amma o da var ki, söhbət Rusiya kimi baltanı heç vaxt yerə qoymamış bir dövlətdən gedir: Paşinyanın öz kabinetində, yaxud evində udduğu havadan zəhərlənməsini, avtoqəzaya düşməsini, sui-qəsdə məruz qalmasını və digər variantları istisna etmək olmaz.

Şahin Cəfərli

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun