Nigeriyada daşqınlar 199 nəfəri öldürdü

Nigeriyada daşqınlar 199 nəfəri öldürdü
28 Sentyabr 2018
Mətni dəyiş
Nigeriyada güclü daşqınlar ağır fəsadlara yol açıb. Trend-in məlumatına görə, ölkənin 4 ştatında baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 199 nəfərə çatıb. Ölkənin Fövqəladə vəziyyətlər üzrə Agentliyi daşqınlar baş verən ştatlara yaxın ərazilərin də nəzarətdə saxlanıldığını bildirib. Nigeriya hökuməti artıq sentyabrın 18-dən ölkənin 4 ştatında daşqınlar səbəbindən milli fəlakət elan edib. Xilasetmə və tibbi yardım işlərinin aparılması üçün mərkəz açılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun