Kasilyas dünya futbolunun tarixinə düşdü

Kasilyas dünya futbolunun tarixinə düşdü
19 Sentyabr 2018
Mətni dəyiş

İker Kasilyas dünya futbolunun tarixinə düşüb. Qol.az xarici KİV-ə istinadən xəbər verir ki, ispan qolkiper Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Şalke”yə qarşı keçirilən matçda start heyətində yer alıb. Bununla da “Portu”nun qapıçısı 20-ci mövsüm ÇL-də forma geyən ilk futbolçu olub. Qeyd edək ki, Kasilyas qitənin 1 nömrəli klub turnirində 1999-cu ildə “Real”ın heyətində debüt edib. Geridə qalan müddətdə o, ÇL-də 168 oyuna çıxıb ki, bu, turnirin rekordudur. Eləcə də 3 dəfə yarışın qalibi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun