İranda dolların məzənnəsi 140 min riala çatdı

İranda dolların məzənnəsi 140 min riala çatdı
5 Sentyabr 2018
Mətni dəyiş

Möhtəkirlər bir çox malı satışa vermir və qıtlıq nəticəsində qiymətlərin artmasından sonra "əl altından" satışa çıxarırlar.

"Qara bazar"a düşən mallar arasında uşaq bezi də var.

Noyabrın 4-də İranın neft, neft-kimya, bank-maliyyə sektorlarına qarşı ABŞ sanksiyaları qüvvəyə minəcək. Bu ərəfədə ölkənin neft ixracında problemlər yaranmağa başlayıb. İran neftinin ən böyük alıcılarından olan Hindistan iyul ayı ilə müqayisədə avqustda İrandan neft idxalını 36% - sutkada 768 min bareldən 488 min barelə qədər azaldıb. İranın ixracının 70%-ni neft və neft məhsulları təşkil edir və uzun illər davam edən sanksiyalar dövründə ölkənin öz iqtisadiyyatını diversifikasiya etməyə nail olduğu barədə təsəvvürlər yanlışdır.

Başqa bir problem isə susuzluqdur. İranın 334 şəhəri susuzluqdan əziyyət çəkir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun