Azərbaycanlı idmançı Rusiyada deputat oldu

Azərbaycanlı idmançı Rusiyada deputat oldu
18 Sentyabr 2018
Mətni dəyiş

Rusiyada yaşayan həmyerlimiz, tanınmış idmançı Çingiz Əliyev parlament seçkilərində iştirak edib.

Baku.vs xəbər verir ki, RF-nın Tuva respublikasının Karate Federasiyasının rəhbəri, respublikanın yığma komandasının baş məşqçisi və ictimai xadim, Azərbaycan diasporasının Rusiyada fəal üzvü Çingiz Əliyev Vahid Rusiya Partiyasından namizədliyini irəli sürüb.

Baş tutan səsvermədə Ç.Əliyev deputat seçilib. Çingiz Əliyev deputat mandatının ona ictimai fəaliyyətində bir çox imkanlar yarada biləcəyini vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun