Yunanıstan Rusiyadan səfirini geri çağırdı

Yunanıstan Rusiyadan səfirini geri çağırdı
11 Avqust 2018
Mətni dəyiş

Yunanıstanla Rusiya arasında yaşanan diplomatik böhran daha da dərinləşir.

Axar.az xəbər verir ki, Yunanıstan Moskva səfiri Andreas Friqanası Afinaya geri çağırıb. Yunanıstan tərəfindən məsələ ilə bağlı verilən açıqlamada belə bir qərarı şəxsən Xarici İşlər naziri Nikos Koçiasın qəbul etdiyi bildirilib.

Qeyd edək ki, yunan hökuməti ötən ay iki rus diplomatı deportasiya edib, iki mülki rusiyalının isə ölkəyə girişini qadağan edib. Sözügedən şəxslər yunanıstanlı rəsmilərə rüşvət verməkdə ittiham edilir. Onlar Makedoniyanın NATO-ya daxil olmasına icazə verməmək üçün müqavilənin pozulmasına çalışıblar.

Bundan sonra rəsmi Moskva Afinaya bir neçə dəfə xəbərdarlıq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun