Siyasi məhbusun cəzası 5 ildən 4 il 6 aya endirildi

Siyasi məhbusun cəzası 5 ildən 4 il 6 aya endirildi
31 Avqust 2018
Mətni dəyiş

Bu gün Şirvan şəhər Apellyasiya Məhkəməsində şərlənərək həbs edilmiş Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədri, siyasi məhbus Əlikram Xurşidovun növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə Ə.Xurşidovun cəzasını 5 ildən, 4 il 6 aya endirib. Xatırladaq ki, 2017-ci il, noyabrın 22-də polis tərəfindən saxlanılan Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədri, Məclis üzvü Əlikram Xurşidov 2 sutkaya yaxın qanunsuz olaraq polis şöbəsində saxlandıqdan sonra, ona qarşı cinayət işi qaldırılıb. Noyabrın 24-də isə Şirvan Rayon Məhkəməsi Əlikram Xurşidovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Polis şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) ittiham elan olunub. 4 may 2018-ci il tarixində Şirvan şəhər Məhkəməsi heç bir əsas olmadan Əlikram Xurşudov 5 il müddətinə azadlıqdan mərhum edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun