Şəhriyar Məmmədyarov yenə birinci oldu

Şəhriyar Məmmədyarov yenə birinci oldu
19 Avqust 2018
Mətni dəyiş

Yenə nəhəng nailiyyət, yenə tarixi uğur, yenə özünəməxsus tarixi nəticə və yenə canlı əfsanəmiz Shahriyar Mammadyarov!

Dünən ABŞ-da şahmat üzrə növbəti superturnir başladı. Həmin turnirdə hazırkı dünya çempionu Magnus Carlsen'lə bərabər, dünyanın ən güclü 10 şahmatçısı iştirak edir, eləcə də fəxrimiz Şəhriyar Məmmədyarov. Təsadüfi deyildi ki, turnirin açılışında dünya çempionu Magnus belə açıqlama verdi ki, mən bura ancaq turniri qazanmaq üçün gəlmişəm! Turniri qazanmamağım üçün heç bir əngəl görmürəm!

Və dünən Bakı vaxtilə saat 22:00-da turnir start götürdü Amerikada. Və hər şey bununla başladı. Şəhriyarımız ilk oyunda Amerikanı təmsil edən Wesley So ilə qarşılaşdı və 51-ci gedişdə rəqibi özünə təslim etdi və bu qələbəsi ilə növbəti 4.7 elo xalını qazandı. #Vəə bu elo xalı ilə 2 nəhəng tarixə imza atdı. Beləliklə,

1) Şəhriyar Məmmədyarov, şahmat karyerasında ƏN YÜKSƏK XALINI - 2821.7 qazandı. Bu xal ilə an etibarilə PLANETİN ən güclü 2-ci şahmatçısı (foto şərhdə) oldu. (Birincisi Magnus'dur) 2) Şəhriyar Məmmədyarov, DÜNYA ŞAHMAT TARİXİNDƏ gəlmiş keçmiş şahmatçılar arasında 5 pillə irəliləyərək 7-ci oldu!!! (Foto şərhdə) Bu inanılmaz bir nəticədir!

Bu nəticə ilə Şəhriyarımızın dünya birincisi olması üçün, Magnusdan cəmi 13.8 xal geri qalır. Nəzərə alsaq ki, dünya çempionu Magnus dünən bərabərə qaldı. Caruana da həmçinin i oyununu. bərabərliklə bitirdi.

Qeyd: Sinquefield Cup superturniri cəmi 9 turdan ibarət olacaq. Geriyə 8 tur qaldı. Şəhriyar 2-ci tura bu gün Bakı vaxtı ilə 22:00-da qara fiqurlarla rus şahmatçısı Aleksandr Qrişuk'a qarşı oynayacaq. Şəhriyarımıza bu oyunda da qələbə arzulayırıq. Artıq bu turnirdə qazanılacaq hər bir qələbə ilə Şəhriyar yeni bir tarix yazacaq.

Seyidəkbər Əsgərov

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun