Şəhriyar Məmmədyarov Karlsenə qalib gələrək vaxtından əvvəl superturnirin qalibi olub

Şəhriyar Məmmədyarov Karlsenə qalib gələrək vaxtından əvvəl superturnirin qalibi olub
1 Avqust 2018
Mətni dəyiş
Ənənəvi olaraq hər il keçirilən şahmat üzrə Bil (İsveçrə) superturnirinin qalibi bəlli olub. Məlumata görə, nüfuzlu yarışı həmyerlimiz Şəhriyar Məmmədyarov qazanıb. “Şah” son 10 ildə qalib gələ bilmədiyi dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlseni məğlub edərək xalını 7-ə yüksəldib və sona bir tur qalmış ən yaxın rəqibini 2 xal qabaqlayaraq çempionluğu erkən rəsmiləşdirib. Qeyd edək ki, 1968-ci ildən keçirilən turnirin son qalibi çinli Hou Yifan olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun