Rusiyada vertolyot qəzasında 18 nəfər həlak olub

Rusiyada vertolyot qəzasında 18 nəfər həlak olub
4 Avqust 2018
Mətni dəyiş

Rusiyanın Krasnoyarsk vilayətində baş verən vertolyot qəzasında 18 nəfər həlak olub.

Rusiya mətbuatının verdiyi məlumata görə, "Utair” şirkətinə məxsus Mi-8 vertolyotu avqustun 4-də Krasnoyarsk diyarında qəzaya düşüb.

18 nəfərdən 3-ü heyət üzvü olub. Vertolyotun göyərtəsində "Ankor" şirkətinin əməkdaşları olub.

Vertolyot neftçiləri neft mədəninə aparırmış.

İlkin məlumata görə, qəzaya texniki nasazlıq olub. Vertolyot havaya qalxarkən pərləri, digər vertolyotun daşıdığı yükə ilişib.

İkinci Mi-8 vertolyotu yükü dərhal tullayaraq məcburi yerə enib və heyət üzvü qəzadan salamat çıxıb.

Məlumata görə hər iki vertolyot, dispetçerin müşahidəsi olmadan uçurmuş.

Faktla bağlı cinayət işi açılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatına görə, vertolyot İqarka şəhərindən 2 km aralıda sərt eniş edib. Bu, Bakı vaxtı ilə saat 7:20-də baş verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun