Robert Köçəryanın mətbuat konfransı keçirməsinə imkan verilməyib

Robert Köçəryanın mətbuat konfransı keçirməsinə imkan verilməyib
14 Avqust 2018
Mətni dəyiş

Ötən gün azadlığa buraxılmış eks-prezident Robert Köçəryan çərşənbə axşamı saat 12:00-da mətbuat konfransı keçirmək istəyib. Lakin onlarla əleyhdarı tədbiri pozub, "Azadlıq" radiosu məlumat verib

"Privet, Rob" etiraz aksiyasının iştirakçıları "Köçəryan qatildir!" şüarı altında Yerevanda "Erebuni Plaza"nın binasına daxil olublar, mətbuat konfransının keçirilməsinin planlaşdırıldığı zala qalxıblar.

"Ermənistan Respublikası vətəndaşlarının inamı bərpa edildi, biz ölkədəki ədalətsizliyə və qatillərə səbr etmək fikrində deyilik. Ermənistanda ədalətsizliyin aradan qaldırılması asan olmayacaq", - aksiya iştirakçılarından biri David Petrosyan bildirib. Aksiya iştirakçıları zalı tutublar. Onlar mətbuat konfransının olmayacağını deyiblər.

Köçəryan hadisə yerinə gəlməyib. Onun nümayəndələri hələlik heç bir şərh verməyiblər.

Xatırladaq ki, ötən gün Apellyasiya Məhkəməsi R.Köçəryanın vəkillərinin vəsatətini təmin edərək eks-prezidenti həbsdən azad edib.

2008-ci il 1-2 mart qanlı hadisələri üzrə cinayət işi çərçivəsində Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülmüşdü. İyulun 27-də birinci instansiya məhkəməsi onun barəsində ikiaylıq həbs qətimkan tədbiri seçmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun