Moskvada Taleh Bağırzadənin tərəfdarı həbs edilib

Moskvada Taleh Bağırzadənin tərəfdarı həbs edilib
30 Avqust 2018
Mətni dəyiş

Avqustun 28-də Moskvada Azərbaycan vətəndaşı Eldar Orucov (1964-cü ildə anadan olub) saxlanılıb.

O, bir sıra cinayətlər törətməkdə ittiham olunur, TASS məlumat yayıb.

Saxlanma Azərbaycan tərəfinin sorğusu əsasında həyata keçirilib. E.Orucov terrorizm, qanunsuz silah alveri, qətl, qarət və hakimiyyətin zorla keçirilməsinə cəhddə şübhəli bilinir.

"E.Orucovun Azərbaycana ekstradisiyası məsələsinin həlli üçün onun barəsində materiallar prokurorluğa verilib", - mənbə bildirib.

Qeyd edək ki, E.Orucovun doğmaları "Azadlıq" radiosuna bildiriblər ki, həbsin əsl səbəbi 7 ay öncə onun "Müsəlman Birliyi" Hərəkatının lideri, həbsdə olan Taleh Bağırzadəni dəstəkləyən videoklip hazırlamasıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun