“Mançester Yunayted”in 140 illik tarixində bir ilk

“Mançester Yunayted”in 140 illik tarixində bir ilk
13 Avqust 2018
Mətni dəyiş

“Mançester Yunayted” 140 illik tarixində ilk dəfə olaraq kluba idman direktoru təyin etmək niyyətindədir.

Qol.az-ın “The Guardian” nəşrinə istinadən yaydığı xəbərə görə, bu yenilik klubun transfer siyasətini daha da müasirləşdirmək imkanı verəcək.  İdman direktoru klub rəhbərliyi ilə baş məşqçi arasında əlaqələndirici şəxs olacaq.

Bildirilir ki, buna qədər baş məşqçi Joze Mourinyo ilə icraçı direktor Ed Vudvord arasında transfer məsələsinə görə ciddi fikir ayrılığı olub. Klub rəhbərliyi gələcəkdə həm də belə halların təkrarlanmaması üçün idman direktoru vəzifəsinin yaradılmasını qətiləşdirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun