Macron: “ Erdoğanın Türkiyəsi Kemalın Türkiyəsi deyil”

Macron: “ Erdoğanın Türkiyəsi Kemalın Türkiyəsi deyil”
28 Avqust 2018
Mətni dəyiş

Elis sarayında 250-yə yaxın diplomat, millət vəkili, beynəlxalq münasibətlər mütəxəssislərinin də iştirak etdiyi yığıncaqda çıxış edən Fransa prezidenti Emmanuel Macron xarici siyasət və Avropa Birliyinin təhlükəsizliyi ilə bağlı təkliflərini verib.

Fransa prezidenti NATO müttəfiqi ABŞ-da Trump-ın belə idarəçiliyinin fonunda Avropa Birliyinin təhlükəsizliyinin artıq ABŞ-a etibar edilməməli olduğunu vurğulayaraq, "Rusiya da daxil, Avropadakı bütün müttəfiqlərimizlə təhlükəsizlik məsələlərini ətraflı nəzərdən keçirməyi istəyəcəm" deyib.

Avropanın Türkiyə və Rusiya ilə yeni və fərqli münasibətlər qurmasına ehtiyacı olduğunu deyən Macron, eyni zamanda bu ölkələrdə gedən dəyişikliyi nəzərə almalı olduğunu söyləyib.

''Prezident Erdoğanın Türkiyəsi Kemal (Mustafa Kemal Atatürk -red.) zamanındakı Türkiyə deyil", Macron deyib.

"Türkiyənin AB üzvlüyünə qəbulu əvəzinə, bu ölkə ilə strateji müttəfiq olmaq lazımdır. Bu iki güc təhlükəsizliyimiz üçün vacib olduğundan Rusiya və Türkiyə ilə strateji müttəfiqlik vacibdir, onların Avropa ilə bağlı olması lazımdır", Fransa prezidenti əlavə edib.

O sual edib: "Rusiya və Türkiyə ilə əlaqələri düşünmədən uzun müddətli bir Avropa qura bilmərik. Türkiyə prezidenti Avropa əleyhdarı görünən pan islamçı gündəmini hər gün yenidən təsdiq edərkən dürüst və açıq bir şəkildə Türkiyənin AB üzvlüyü haqqında danışmağa davam edə biləcəyimizi düşünə bilirikmi?"

Fransa prezidentinə görə, "AB üzvlüyü deyil, strateji tərəfdaşlığa" nail olmaq lazımdır: "Bu iki güç kollektiv təhlükəsizliyimiz üçün önəmli olduğundan Rusiya ve Türkiyə ilə strateji tərəfdaşlıq lazımdır, onların Avropa ilə bağlı olması lazımdır", Macron vurğulayıb.

Almaniya-Fransa "oxu"

Macronun nitqindən əvvəl ABŞ prezidenti Donald Trump özünü NATO müttəfiqlərindən uzaqlaşdıran açıqlamalar vermişdi.

Trump açıqlamalarında dəfələrlə bu Qərb ittifaqının qarşılıqlı müdafiə məsələlərindəki qərarlılığını sorğuladığı kimi, ABŞ-ın Avropaya verdiyi hərbi dəstəyin xərcinin də çox olduğundan şikayətlənmişdi.

Ötən ilki seçkilərdə Fransa prezidenti seçilmiş Emmanuel Macron AB-də köklü siyasi islahatların tətbiqi üçün əlindən gələcəyini edəcəyinə söz vermişdi.

Macronun təklifləri arasında indiyə kimi hələ də yetərli dəstəyi qazana bilməmiş Avrozona üçün ayrıca bir büdcənin formalaşdırılması tövsiyəsi də var.

Çərşəmbə axşamı Danimarka və Finlandiyaya üç günlük səfərə çıxan Fransa prezidenti AB üçün irəli sürdüyü reformalara dəstək istəyəcək.

Avropa Birliyinin ən güclü ölkəsi Almaniya Macronun planlarına ehtiyatla dəstək verib, lakin Avropanın daha əhatəli hərbi işbirliyinə getməli olduğu istiqamətindəki çağırışları Almaniya xarici işlər naziri Heiko Maasın bir müddət əvvəlki açıqlamalarıyla üst-üstə düşür.

Almanya xarici işlər naziri Maas keçən həftə "Handelsblatt" qəzetinə yazdığı məqalədə Avropa-ABŞ arasındakı münasibətlərdə bir uzaqlaşma yaşandığı vaxtda, AB-nə "məsuliyyəti paylaşmaqla, yeni bir ağırlıq mərkəzi yaratmaq" çağırışı edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun