Kofi Annan Qanada dəfn olunacaq

Kofi Annan Qanada dəfn olunacaq
23 Avqust 2018
Mətni dəyiş

BMT-nin keçmiş baş katibi Kofi Annan vətəni Qanada dəfn olunacaq.

"Report" Kofi Annan Fonduna istiadən xəbər verir ki, yaxın günlərdə paytaxt Akkrada dövlət səviyyəsində keşiriləcək tədbirin vaxtı açıqlanacaq.

Bundan sonra analoji tədbirlər BMT-nin Nyu-York və Cenevrə ofislərində baş tutacaq.

Xatırladaq ki, K.Annan avqustun 18-də Cenevrədə 81 yaşında dünyasını dəyişib. O, 1997-ci ildən 2006-cı ilədək BMT-yə rəhbərlik edib. 2001-ci ildə K.Annan və BMT Nobel Sülh Mükafatına layiq görülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun