İslam Slimani "Fənərbaxça"da

İslam Slimani "Fənərbaxça"da
11 Avqust 2018
Mətni dəyiş

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi "Lester"in hücumçusu İslam Slimanini icarəyə götürüb. Əlcəzairli forvardın bu gün Türkiyəyə gedib yeni klubu ilə 1 illik müqavilə imzalayacağı gözlənilir. 30 yaşlı futbolçunun "sarı-lacivərdlilər"də illik 4,5 milyon avro qazanacağı iddia olunur.

Qeyd edək ki, Slimani ötən mövsümün yarısını icarə əsasında "Nyukasl"da keçirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun