İranın ən böyük 10 şəhərində hökumət əleyhinə nümayişlər keçirilir

İranın ən böyük 10 şəhərində hökumət əleyhinə nümayişlər keçirilir
4 Avqust 2018
Mətni dəyiş

İranın ən böyük 10 şəhərində hökumət əleyhinə nümayişlər keçirilir. Aksiyalar yanvar ayından bəri hökumət qarşısında ən mürəkkəb problem yaradıb.

Amerikanın Səsinə göndərilən videolar və məlumatlar paytaxt Tehran da daxil edilməklə, Əhvaz, Həmədan, Kərəc, Kermanşah, Məşhəd, Şiraz, Urmiyə və Varamin şəhərlərindəki etirazları təsdiq edir.

IRNA dövlət xəbər agentliyinin yazdığına görə, Fars vilayətinin paytaxtı Şirazda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar olub.

Xəsarət alanlar, yaxud həbslər barədə məlumat yoxdur.

İran rialının dollar qarşısında dəyər itirməsi iranlıları narahat edir. Belə ki, iqtisadi probemlər, işsizlik və inflyasiya səviyyəsi kəskin şəkildə artıb.

Dolların artması ixrac edilən malların dəyərinin artması ilə nəticələnib. Bu isə alıcılıq qüvvətini kəskin şəkildə aşağı salıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun