İlqar Məmmədov Şəkiyə aparılıb

İlqar Məmmədov Şəkiyə aparılıb
4 Avqust 2018
Mətni dəyiş

“Respublikaçı Alternativ” (REAL) Partiyasının həbsdə olan sədri İlqar Məmmədov dünən, avqustun 3-də Bakıdan Şəkiyə aparılıb.

Bu barədə REAL Partiyasının məlumatında deyilir.

Avqustun 10-da növbəti təkrar məhkəməsi başlamalı olan siyasətçi, həmin vaxt Şəkidəki penitensiar müəssisədə saxlanmalıdır.

İlqar Məmmədovun məhkəmə prosesi avqustun 10-da saat 11:00-da başlayacaq. Onun işinə Şəki Apellyasiya Məhkəməsində Gündüz Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Bu məhkəmə öncə də İ.Məmmədovun şikayətinə baxıb və onun 7 il azadlıqdan məhrum edilməsi haqda hökmü qüvvədə saxlayıb. Ali Məhkəməyə şikayət də nəticə verməyib - aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilməyib.

Lakin Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 2017-ci ilin noyabrında İ.Məmmədovla bağlı ikinci qərarından sonra Ali Məhkəmənin Plenumu bu il iyunun 29-da onun əsasında REAL Partiyasının sədrinin işinə baxıb. Plenumun qərarıyla İ.Məmmədovun işi yenidən baxılmasından ötrü Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun