Bu gün Ülvi Həsənlinin doğum günüdür

Bu gün Ülvi Həsənlinin doğum günüdür
11 Avqust 2018
Mətni dəyiş

Bu gün N!DA Vətəndaş Hərəkatı İdarə Heyəti üzvü və "abzas.net" saytının rəhbəri Ülvi Həsənlinin doğum günüdür.

Ülvi Həsənli 1987-ci ildə Gəncə şəhərində anadan olub. Siyasi fəaliyyətinə görə Azərbaycan Dövlət Neft Akademiyasından xaric edilib. Daha sonra Azərbaycan Turizm İnstitutuna qəbul olub və oradan məzun olub.

"Dalğa" Gənclər Hərəkatının sədri olub. 2011-ci ildə bir qrup gənclə Azad Gənclik Təşkilatını (AGT) təsis ediblər. Bir il AGT sədri olub. 2013-cü ildə N!DA Vətəndaş Hərəkatına qarşı hakimiyyətin apardığı repressiya və həbs siyasətinə etiraz olaraq N!DA-ya qoşulub. Hazırda hərəkatın rəhbərlərindən biridir. "Abzas.net" internet portalının baş redaktorudur.

Sağlamlığındakı problemlərə görə hərbi xidmətdən möhlət hüququ olsa da, 2017-ci ilin oktyabr ayında oğurlanaraq, məcburi hərbi xidmətə aparılıb. Hazırda "N" saylı hərbi hissədə hərbi xidmətdədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun