ABŞ-ın Ankaradakı Səfirliyinə silahlı hücum edilib

ABŞ-ın Ankaradakı Səfirliyinə silahlı hücum edilib
20 Avqust 2018
Mətni dəyiş

ABŞ-ın Ankaradakı Səfirliyinə Türkiyə saatı ilə 5:00 radələrində kimliyi bilinməyən şəxslər tərəfindən silahlı hücum edilib.

Reuters xəbər agentliyinin polis qaynaqlarından aldığı məlumatlara görə, Atatürk bulvarında dayanan avtomobildən səfirliyin binasının 6 nömrəli qapısındakı təhlükəsizlik xidmətinin olduğu kabinəyə atəş açıb.

Hadisə ilə bağlı Ankara valiliyindən verilən açıqlamada səfirliyin təhlükəsizlik bölməsi istiqamətində altı dəfə atəş edildiyi və ölüm faktının qeydə alınmadığı deyilib.

ABŞ Səfirliyinin sözçüsü David Gainer də hadisəni təsdiqləyərək "detalların araşdırıldığını" deyib.

Gainer "Türk polisinə cəld müdaxilələrinə görə təşəkkür edirik" deyib.

Səfirlik bayram səbəbi ilə bağlı olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun