ABŞ bütün siyasi məhbusları azad etməyə çağırdı

ABŞ bütün siyasi məhbusları azad etməyə çağırdı
16 Avqust 2018
Mətni dəyiş

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Hauert avqustun 13-də "Respublikaçı Alternativ" (ReAl) Partiyasının həbsdə olan sədri İlqar Məmmədovun Şəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sınaq müddəti olmaqla azadlığa buraxılması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir.

Birləşmiş Ştatlar Azərbaycanın Apellyasiya Məhkəməsinin Respublikaçı Alternativ partiyasının sədri İlqar Məmmədovu azad etmək qərarını alqışlayır. Onun məhkum olunması və beş ildən çox həbs edilməsi Azərbaycanda qanunun aliliyi ilə bağlı ciddi narahatlıqlara səbəb olub. Biz hökuməti beynəlxalq öhdəliklərinə və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq ona qarşı bütün ittihamları ləğv etməyə çağrırıq. Biz Azərbaycan rəsmilərini fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş bütün başqa şəxsləri də azad etməyə çağırırıq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun